Akademiyamız haqqında
Kibertəhülkəsizlik Akademiyası, Kiber Təhlükəsizlik platforması daxilində akademik təlim və tədris fəaliyyətlərinin aparılması, gənclərimizin kibertəhlükəsizlik biliklərini artırmaq məqsədilə fəaliyyət göstərir.
Fəaliyyətlərimiz
Akademiyamızın əsas fəaliyyəti müəyyən edilmiş qanunlar çərçivəsində vətəndaşlarımıza xüsusilə də gənclərimizə gələcək karyerlarında və təhsil metodlaırnın inkişafında dəstək olmaqdan ibarətədir.
Məqsədimiz
Məsqədimiz ölkəmizi qlobal arenada təmsil edəcək tələblər yetişdirmək və ölkənin kadr ehtını zənginləşdirməkdir. Kibertəhlükəsizlik sahəsinin tədrisi, ümumi keyfiyyəti və inkişafı ən öncəlikli məqsədimizdir.
Ən çox ünvanlanan suallar
Akedemiyanin fəaliyyəti nələrdən ibarətdir
Kibertəhlükəsizlik Akedemiyasi bu sahənin akademik inkişafına dəstək olmaq, gənclərimizin bu sahənin sirlərinə yiyələnməsi məqsədi ilə təssis olunmuş daxili fəliyyət strukturudur.
Kurs və ya Təlimləriniz hansılardır
Akademiyamızda müxtəlif dərslər və inkişaf proqramları mövcuddur. Bunlardan əsas təhsil proqramı olaraq Offensive Security üzrə “Cyber Security Fundamentals”, “Ethical Hacking Fundamentals” və “Ehical Hacking Professionals” və Defensive Security “Blue Team Fundamentals”, “SOC Fundamentals” olmaqla 5 tədris kursu fəaliyyət göstərir.
Əsas proqramlar xaricində köməkçi proqramalara müraciət etmək mümkündür
Kiber Təhlükəsizlik Platformasını-Kibertəhlükəsizlik Akademiyası ölkəmizdə yanlız kibertəhlüksəzilik sahəsində fəaliyyət göstərməkdədir. Lakin köməkçi proqramlara müraciət mümkün olub lakin kibertəhlükəsizliyə marağı yüsək olan seçilmiş tələbələrdən ibarət komada qəbul edilir. Xatırlatmaq istəyirik ki, bu proqram köməkçi olub daxili və ya ümumi kurs tədris olunmur.
Akademiya mərkəzləriniz harada yerləşir
Kibertəhlüksəzilik Akademiyasının 3 mərkəzi olub əsas təhsil müəssisəsi Kiber Təhlükəsizlik Platformasının əsas mərkəzi Bakı Gənclər Mərkəzində digər ikisi isə Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşməkdədir. Ünvanlar aşağıda qeyd olumuş kimidir.
Əsas mərkəz: Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 40/89
Digər mərkəz: Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi, 44A
Digər mərkəz: Sumqayıt şəhəri 5 mkr.Nəriman Nərimanov küçəsi.
Tədris sonrası staj imkanı mümkündürmü
Staj Kiber Təhlüksəizlik Platformasının Akademiyaların inkişafı proqramına daxil edilib anlaşmalı firma və ya qurumlarla birgə həyata keçirilməkdədir. Staj imkanı yanlız məhdud sayda imtahadan yüksək nəticə toplamiş tələbələrimizə şamil olunur
Akademiyanın təhsil ödəniş siyasəti nələrdən ibarətdir?
Akademiyamız əsas hədəfləri ölkədə bu sahənin inkişafına dəstək vermək olduğu üçün və gənclərimizin hər birinin inkişaf edə bilməsi üçün balanslaşdırılmış ödəniş strategiyası aparılmaqdadır. Akademiyamızda hər proqram başına aylıq ödəniş 200 manat olub illik olaraq tənzimlənməkdədir. Təqaüdlü təhsil mümkün olub yalnız bir proqram üçün 1 tələbə seçilməkdədir. Xatırlatmaq istəyirik ki, Akademiyamızda Şəhid ailələri üçün bir proqram daxil olmaqla ödənişsiz 1 tələbə və qazi ailəsi üçün isə bir proqram daxil olmaqla endirimli qiymət 150 manat qeyd edilir.
Kurslarımız
Ethical Hacking Fundametal
Ethical Hacking Professional

Əsas Mərkəz – Bakı Gənclər Mərkəzi
Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 40/89

Digər Mərkəz – Binəqədi
Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi, 44A

Digər Mərkəz – Sumqayıt
5 mkr. Nəriman Nərimanov küçəsi.