Hack konsepsiyası. (Xüsusi terminlər)
  • Sniffer: Kompyuter şəbəkəsində məlumat trafikini idarə edən bir vasitədir. Hücum edən kimi gizlincə məlumat axışını izləyir və lazım olanda bu paketləri handle edə bilir. Bu sayədə mətn və şifrələr Snifferi istifadə edənin əlinə keçir.
  • Spam Tool: Bir istifadəçiyə istəyi olmadan göndərilən reklam və ya digər məqsədləri gerçəkləşdirmək üçün hazırlanmış , kimdən göndərildiyi istifadəçi tərəfində anlaşılmayan bir proqram tipidir.
  • Spoofer: Hakerlərin sistemlərə səlahiyyətli bir istifadəçi kimi özlərini tanıtmalarına yarayan bir proqramdır. Ən çox istifadə edilən spoofing üsulu smrfs hücumlarıdır. İstifadəçinin iplərinə dayanmadan paketlər yollayır və cavab aldığında o ip altına girməyə yarayır. Amma internet trafikini göndərdiyi flood sayəsində yavaşladır.
  • War Dialer: Əvvəllər tez-tez istifadə olunan telefon xətlərini skan edib boşluq tapdığında bu sayədə xəttin taxılı olduğu modemə birbaşa bağlanabilən bir programdır.
  • Port Scanner: 65536 ədəd porta qoşulub hədəf kompyuterin portlarının vəziyyətini hackerlərə bildirən bir proqramdır.
  • Word List: Brute force tətbiq edilən bir kompyuterə qarşı yoxlanacaq şifrələrin yerləşdiyi bir mətn faylıdır.
  • Brute Force: İcazəsiz istifadəçilərin girə bilmədiyi şifrəli sistemə hakerin əlindəki word list vasitəsi ilə şifrələri bir-bir yoxlayaraq doğru şifrəni tapmağa çalışmaq yöntəmidir.
  • Flooder: İnternet bağlantısını çox sürətli pinglər ataraq yavaşladan və DOS hücumunu edən proqramdır.
  • Hijacker: İstifadəçinin browserdəki homepage olaraq təyin edilən bölmələri uyğunsuz video saytları kimi sayt linklərini verən və bunların dəyişdirilməsinin qarşısını alan , imkan verməyən bir növ trojandır.
  • Keylogger: Özünü startup-a yerləşdirən və bəzən gizləyən bir proqramdır. Niyyəti isə kompyuterinizdə klavyaturanızı istifadə edərək yazdığınız hər şeyi kompyuterinizdə gizli kopyalayan və sonra bu keyloggeri sizin kompyuterinizə yoluxduran sahibinə txt şəklində email atan bir programdır.
  • Packer: Faylları sıxışdırmağa və headlerini şifrələməyə yarayan , bu şəkildə də trojan serverlərini anti-virus və anti-trojan proqramlarından qoruyan bir alətdir.
  • MailBombers: İstifadəçinin email qutusuna minlərcə email ata bilən və göndərənin mənbəyinin tam olaraq görünməməsini təmin edən bir alətdir.
  • Worm: Azərbaycan dilinə tərcüməsi soxulcandır.Bu proqramlar tam olaraq viruslar kimidir. Proqramçının xəyal gücü ilə limitlənən işlər edə bilirlər. Bu wormu yazan proqramçının tapdığı boşluq sayəsində bir worm özünü bu boşluğun olduğu bütün cihazlara kopyala bilir bütün məlumatları silə bilir, şifrələri sahibinə yollaya bilir və s ….
  • Hostile: VBS, .WSH, .JS, .HTA, .JSE, .VBE fayl uzantılarına sahib bir txt faylıdır. İşlədildiyi sistemdə müxtəlif problemlərə səbəb olur.
  • Hostile Activex: İstifadəçilərin xəbəri olmadan yada şüursuzca qəbul etdikləri internetdəki səhifələrdən kompyuterimizə yerləşib xəbərsizcə başladıla bilinən hostile activexlər harddiskin silinməsindən, şifrələrin oğurlanmasından və başqa şeylərdən məsul ola bilir.
  • Exploit: Sistem boşluğu olaraq bilinir. Hackerlə tərəfindən kəşf edilən bu exploitlər təhlükəsizlik boşluğu olan sistemlərə sızmağa yarayan bir yoldur.
  • Dropper: İstifadəçinin kompyuterində FTP serveri açaraq müxtəlif növ trojan və virusların istifadəçinin xəbəri olmadan kompyuterə yüklənməsini həyata keçirən alətdir.
  • RAT: Azərbaycancası “uzaqdan idarə etmə aləti” olaraq bilinən porqramlar pis niyyətli istifadəçilər tərəfindən yaradılaraq istifadəçilərin xəbəri olmadan yerləşə bilən server faylları ilə istifadəçinin kompyuterinə tam əlçatanlıq qazanar. Hacker bu növ bir bağlantı yarada bilibsə istədiyi zərəri verə bilir(hardware və ya software olaraq).
  • DOS(Denial Of Service): Bir proqramın və ya bir sistemin dayandırılması və ya tam olaraq çökdürülməsi niyyəti ilə istifadə edilən bir exploitdir. Daşına bilən paket sayından çox daha çox paket yollayaraq(flood) ya da işləməyən və ya gözlənilməyən istiqamətlərdə göndərilərək sistemin sıradan çıxmasını yerinə yetirən bir hücum növüdür. Əsasən DOS, nuke olaraq bilinir.
  • Malware: İstifadəçinin xəbəri olmadan komputerdə işləyən kompyuterə zərər vermək məqsədi güdən hər növ proqrama verilən ümumi addır.
  • Proxy: Müəyyən bir servis provoyderini və ya bir istifadəçinin ipsinə 80, 8080 portlarından bağlanıb üzərimizə keçirdiyimiz ip-yə deyilir.
  • Cookie: Web səhifəsi tərəfindən kompyuterimizə xəbərsiz buraxılan və bir sonrakı girişimizdə səhifənin bizi tanımasına yarayan balaca txt fayllarıdır.
  • P2P software: Kazaa, İmesh kimi proqramlara verilən addır və istifadəçilərin qarşılıqlı bir-birlərinə bağlanaraq məlumat alış-verişində olmasına yarayan bir proqramdır.
  • Kriptografi: Ümumi olaraq şifrələmə olaraq bilinir.
  • Stenanografi: Daşıyıcı faylda olan boşluqlardan faydalanaraq , bu hissələri faylları şifrələyərək saxlamaq yöntəmidir. Daşıyıcı rəsm və ya musiqi fayl ola bilər. Daşıyıcı faylın nə olacağı önəmsizdir.
  • Lag: Daha çox IRS ortamlarında eşitdiyimiz yavaşlama, gecikmə hallarına verilən addır.
  • Adware: Reklam niyyətli olan , istifadəçilərə istəklərindən kənar olaraq başqa saytları açan homepage-i dəyişdirən və bunun kimi başqa istifadəçiləri narahat edən hallara səbəb olan bir proqramdır.
  • Fake Mail: İstifadəçilərə cavab verməyə yönəlik hazırlanan , tam olaraq saxta olan bir formdur. İnanaraq şəxsi məlumatlarınızı və şifrələrinizi girdiyiniz bu maillar tam olaraq saxtadır və eyni ilə yazdığınız kimi bütün məlumatlarınız bunu sizə göndərən bədniyyətli hakerin əlinə keçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.