İnformasiya təhlükəsizliyi dedikdə təhlükəsizliyin pozulmasına gətirib çıxaran şərait və hərəkətlərin vaxtında aşkar edilməsi və qarşısının alınması  başa düşülür.

İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən aşağıdakıları xüsusi vurğulamaq olar:

  1. şəbəkə texnologiyalarının geniş yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;
  2. informasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal Internet şəbəkəsinin inkişafı;
  3. minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən proqram vasitələrinin geniş yayılması.

İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir.

Yaxşı bəs kibertəhlükəsizlik nədir?

Kibertəhlükəsizlik informasiya təhlükəsizliyinin bir qolu olub,informasiyanin elektron versiyasının qorunmasının təmin olunmasını öyrənir.Kibertəhlükəsizlik müasir dövrün ən mühüm və vacib elm sahəsidir.Kibertəhlükəsizliklə bağlı deyilənləri ümümiləşdirib:

Kiber təhlükəsizlik –verilənlərin əlyetənliyinin, bütövlüyünün və konfidensiallığının təmin edilməsi üçün təhlükəsizlik tədbirlərinin istifadə edilməsi prosessləridir.

Təsir məqsədlərinə görə təhlükələrin üç əsas növü var:

  • İnformasiyanın konfidensiallığının pozulmasına yönələn təhlükələr;
  • İnformasiyanın bütövlüyünün pozulmasına yönələn təhlükələr;
  • Əlyetənliyin pozulmasına yönələn təhlükələr (DoS hücumlar, Denial of Service – xidmətdən imtina).

 

  • (Confidentiality)Konfidensiallıq informasiyanın subyektiv müəyyən olunan xassəsidir. Verilən informasiyaya müraciət icazəsi olan subyektlərin siyahısına məhdudiyyət qoyulmasının zəruriliyini göstərir. Konfidensiallığın pozulmasına yönələn təhlükələr məxfi və ya gizli informasiyanın üstünün açılmasına yönəlib. Belə təhlükələrin reallaşması halında informasiya ona müraciət icazəsi olmayan şəxslərə məlum olur.
  • (Integrity)Bütövlük – informasiyanın təhrifsiz şəkildə mövcudolma xassəsidir. İnformasiyanın bütövlüyünün pozulmasına yönələn təhlükələr onun dəyişdirilməsinə və ya təhrifinə yönəlib ki, bunlar da onun keyfiyyətinin pozulmasına və tam məhvinə səbəb ola bilər. İnformasiyanın bütövlüyü bədniyyətli tərəfindən qəsdən və ya sistemi əhatə edən mühit tərəfindən obyektiv təsirlər nəticəsində pozula bilər.
  • (Availability)Əlyetənlik – yolverilən vaxt ərzində tələb olunan informasiya xidmətini almaq imkanıdır. Həmçinin əlyetənlik – daxil olan sorğulara xidmət üçün onlara müraciət zəruri olduqda uyğun xidmətlərin həmişə hazır olmasıdır. Əlyetənliyin pozulmasına yönələn təhlükələr elə şəraitin yaradılmasına yönəlib ki, bu zaman müəyyən qəsdli hərəkətlər ya sistemin iş qabiliyyətini aşağı salır, ya da sistemin müəyyən resurslarına girişi bağlayır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.